RU

Azərbaycan və İran "qardaş ölkə" olacaqmı - Pezeşkianın prezidentliyi nə vəd edir?

Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianı Azərbaycana, o da Əliyevi İrana dəvət edib. Azərtac yazır ki, hər iki lider dəvəti “məmnunluqla qəbul edib”.

İranın yeni seçilmiş Prezidentinin etnik azərbaycanlı olması yenicə mülayimləşən Azərbaycan-İran münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyinə, o cümlədən İran azərbaycanlılarının milli hüquqlarıyla bağlı problemlərin həllinə diqqət artırıb.

Yeni Prezidentdən həm də ölkədə iqtisadi problemlərin həlli, Qərblə gərgin münasibətlərin yoluna qoyulması, ölkədə hicab azadlığına imkan yaradılması kimi problemlərin həlli də gözlənir, BBC News Azərbaycancaya danışan təhlilçilər deyirlər.

GünAz TV-nin təmsilçisi Araz Obalıya görə, gözləntilər yüksək olsa da, əslində Məsud Pezeşkian ölkəyə rəhbərlik edən dini lider Xameneyinin “hördüyü divarın içindədir”.

Məqalə barədə məlumatMüəllif, Səadət AkifqızıVəzifə, BBC Azərbaycanca

“Əgər Ali lider Azərbaycanla münasibətlərin gərginləşməsini istəyəcəksə”, Pezeşkian bu siyasəti aparacaq, - Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan BBC News Azərbaycancaya bildirir.

ABŞ-da yaşayan İran azərbaycanlısı, sosioloq Ramin Cabbarlı isə hesab edir ki, Pezeşkianın prezident olaraq səlahiyyətləri məhdud olsa da, o, azərbaycanlıların ana dili, Urmiya gölünün quruması ilə bağlı illərlə etiraz etdiyi problemləri həll edə bilər.

İranın yeni Prezidenti: etnik azərbaycanlı, islahatçı Məsud Pezeşkian kimdir?İranda din adamlarının çöküşü: onlar xalqın etimadını itirirmi?"İran Azərbaycanın səfirliyə hücuma reaksiyasından pərt olub" - BBC Farscadan Məcid Əfşar“Azərbaycanın İranla münasibəti arzu etdiyimiz səviyyədə olmayacaq”

İlham Əliyevlə Məsud Pezeşkian bazar ertəsi günü olan telefon söhbətində “ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığın inkişaf edəcəyinə əminlik ifadə olunub”, - Azərtac yazıb.

Onlar ölkələr arasında indiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar, - dövlət agentliyi bildirib.

Son aylara qədər Azərbaycan-İran arasında münasibətlər Azərbaycanın İrandakı səfirliyinə ölümcül hücumdan sonra gərginliyin pik həddinə çatmışdı. Rəsmi Bakı bu hücumu “terror adlandırmış”, bunda İran hakimiyyətini məsul tutmuş, Tehrandakı səfirliyini bağlamışdı. İran bunu məişət zəminində cinayət hadisəsi kimi təsvir etmişdi.

Azərbaycan hələ də Tehranda səfirliyinin fəaliyyətini bərpa etməyib.

İranla Azərbaycan arasında münasibətlərin “biz güney azərbaycanlıların arzu etdiyi kimi olması mümkün deyil”, ABŞ-da mənzillənən GünAz TV-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Araz Obalı BBC News Azərbaycancaya deyir. O bunun səbəbini İran hökumətinin xarici və daxili siyasətini müəyyənləşdirən ideologiyada görür.

Araz Obalı hesab edir ki, məhz buna görə Azərbaycanın İranla münasibəti Türkiyə ilə olduğu kimi “qardaşlıq bağları” əsasında inkişaf etməyəcək.

“Pezeşkian ölkənin xarici siyasəti üçün nə edə bilər? O, yalnız siyasi rəhbər Xameyeninin hördüyü divarın içində nəsə edə bilər. Pezeşkian qonşuları ilə savaş istəmir. Zaman keçdikcə, bunun hansı səviyyədə olacağını görmək mümkün olacaq”, - Araz Obalı deyib.

Onun sözlərinə görə, Məsud Pezeşkianın bu “divarı” yarıb keçməyə nə gücü, nə də səlahiyyəti var.

İran prezidentliyinə namizəd Məsud Pezeşkian: "Mən türkəm. Azərbaycanda dünyaya gəlmişəm"İranda nə baş verir, əxlaq polisi ləğv olundumu? 6 suala cavabda"Cənubi Azərbaycanın" İrandan ayrılması: Reallıq, yoxsa siyasi ritorika?“Əgər Xameneyi Azərbaycanla münasibətlərin pisləşməsini istəyərsə...”Iran

Şəklin mənbəyi, Getty Images

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
190
bbc.com

1Источники