RU

Prezident İlham Əliyev Pakistanda BELƏ QARŞILANDI

Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında bu ölkəyə rəsmi səfərə gələn Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə toplardan yaylım atəşi açılıb.RUBRİKA.AZ bu barədə Pakistan mediasına istinadən xəbər verir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Pakistan İslam Respublikasına dövlət səfərinə gedib.Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib.Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.RUBRİKA.AZ





Facebook-da paylaş

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
147
49
rublika.az

10Источники