RU

Oğuzda fərdi yaşayış evi yanıb - FOTO

Oğuzda fərdi yaşayış evi yanıb.


APA-nın Şimal-qərb bürosunun məlumatına görə, gecə saat 03:30-da rayonun Bayan kəndində Çingiz Abdulrəhmanova məxsus fərdi yaşayış evində yanğın olub. Yanğının söndürülməsi üçün hadisə yerinə Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.


Faktla bağlı araşdırma aparılır.

Oğuzda Oğuzda Oğuzda
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
131
7
apa.az

10Источники