Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası”nda dəyişiklik edilib.
NUHÇIXAN xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Dəyişikliyə əsasən, hər bir ödənişli avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq ediləcək.
Eyni zamanda, Qaydanın 3.11.3.1-ci yarımbəndində “dərəcəsindən, nəqliyyat vasitəsinin qət etdiyi məsafədən, çəkisindən və ay ərzində gedişlərin sayından asılı olaraq” sözləri “dərəcəsi nəzərə alınmaqla” sözləri ilə əvəz edilib.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта