Ermənistan Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı sentyabrda geri çağıracaq.
Məlumata görə, Arutyunyanı hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Qurgen Arsenyan əvəz edəcək.
“Parlamentin iyulun 12-də keçirilən iclası Qurgen Arsenyanın deputat qismində iştirak etdiyi sonuncu toplantı olub. Belə ki, o, yaxın günlərdə səfir təyin olunacağı üçün mandatını itirəcək”, – deyə məlumatda bildirilib.