RU

Ukrayna 95 nəfəri Rusiya əsirliyindən geri qaytarıb

Kiyev, 17 iyul, AZƏRTAC

Ukrayna 95 müdafiəçisini Rusiya əsirliyindən geri qaytarıb. Onlar Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın döyüşçüləri və sərhədçilərdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident Vladimir Zelenski özünün Telegram kanalında bildirib.

“Mübadilə işləri ilə məşğul olan komandamıza və əsirlərin azad olunması məsələsində vasitəçilik etdiklərinə görə Birləşmiş Ərəb Əmirliklərinə minnətdaram. Nə qədər çətin olsa da, əsirlikdə olan hər kəsi axtarırıq. Hamını geri qaytarmalıyıq”, - deyə dövlət başçısı qeyd edib.

Öz növbəsində, Ombudsman Dmitri Lubinets bildirib ki, indiyədək Rusiya əsirliyindən 3405 ukraynalı geri qaytarılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Избранный
150
18
azertag.az

10Источники