RU

Erməni revanşist deputat: “ABŞ Ermənistana qarşı səmimi deyil”

 

“Birləşmiş Ştatların Dövlət Departamenti Birləşmiş Ştatların Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiyini bu suverenliyin və ərazi bütövlüyünün hər hansı formada pozulmasının ciddi nəticələrə səbəb olacağını bildirir. Lakin onlar nə dərəcədə səmimidirlər”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə müxalif deputat, Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

 “Əgər Birləşmiş Ştatlar öz qiymətləndirmələrində səmimidirsə, o zaman izah etməlidir ki, Azərbaycan 2021-2022-ci illərdə Ermənistana hücumlarına niyə bir söz demir? Eyni şey Qarabağ məsələsinin silah gücü ilə həll olunmasına aiddir. Amma heç bir xəbərdarlıq və ya çəkindirmə vasitəsi tətbiq olunmadı və Azərbaycan 2020-2023-cü illər ərzində güc tətbiq etməklə Qarabağa tam nəzarət etdi.

Belə görünür ki,  konkret halda isə zənglər və xəbərdarlıqlar ünvanlarına heç vaxt çatmayıb. Və bunun nəticələrini hamı bilir”,-deyə Abramyan yazıb.

Musavat.com

Избранный
674
50
musavat.com

10Источники