Dənizdə batan Nicatın toyu olacaqdı: Nişanlısı da bloqerdir - FOTO
Bilgəh çimərliyində boğularaq ölən Nicat nişanlı imiş.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Belə ki, mərhum Nicat Elman oğlu Alıxanlı Aytac adlı xanımla bu ilin aprel ayının 14-də nişanlanıb, oktyabr ayının 10-da toyları olacaqmış. Aytac xanım bloqerlik fəaliyyəti ilə məşğul olur.
Qeyd edək ki, iyulun 21-də Bilgəh çimərliyində ölüm hadisəsi qeydə alınıb.
2003-cü il təvəllüdlü Nicat Elman oğlu Alıxanlı və dostu dənizdə boğularaq ölüblər.