Müsabiqəyə qoşulmaq istəyənlər aşağıda qeyd edilən mövzulardan birini seçə bilərlər:
– Kəlbəcər rayonunun misilsiz təbiəti, yeraltı və yerüstü sərvətləri,
– Kəlbəcərin ekstremal şəraiti və tarixi abidələrin zənginliyi baxımından böyük turizm potensialı,
– Kəlbəcər işğaldan azad edildikdən sonra yenidən dirçəldilməsi üçün görülən işlər, həyata keçirilən böyük layihələr və perspektivlər.
Qeyd: Bu mövzular ümumi istiqamətləndirici mahiyyət daşıyır. Müsabiqə yazılarında onların hər birinə ayrılıqda və ya ümumi şəkildə istinad oluna bilər.
Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:
-Mövzunu dolğun əhatə etmə səviyyəsinə;
-Təsvirlər zamanı leksikon və ifadə vasitələrinin zənginliyinə;
-Mövzuya analitik yanaşmaya, fakt və problemlərin düzgün təhlilinə;
-Faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;
-Oxucu üçün informasiyalılıq dərəcəsinə;
-Müasir və qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.
Müsabiqənin şərtləri
Müsabiqəyə 23 iyul 2024-cu il tarixindən 18 avqust 2024-cü il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında yayımlanan yazılar buraxılacaq.
Yazılar 8 min işarədən çox olmamalıdır.
Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmaya da bilər.
Müsabiqəyə yazılar [email protected] elektron ünvanına göndərilməlidir.
Yazılar elektron media resursunda yayımlanıbsa, bunu təsdiqləyən “link” də əlavə edilməlidir. Çap nəşrində- qəzet və ya jurnalda yayımlandığı halda isə həm də “Pdf” formatında göndərilməlidir.
Yazılar email vasitəsilə təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır:
– Təqdimat göndərişində müsabiqə yazısı (“Word” faylında, imzasız);
– müsabiqə yazısının dərc olunduğu qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud “Word” faylında);
– yazı elektron media resursunda yayımlanıbsa, bunu təsdiqləyən link və sair vasitələr;
– yazı materialının müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya müəllifin KİV-də çalışdığını təsdiqləyən sənəd (PDF, JPG, yaxud “Word” faylında);
-yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud “Word” faylında) yer almalıdır.
Mükafatlandırma
Müsabiqəyə təqdim edilmiş materiallara 18-23 avqust tarixlərində münsiflər heyəti tərəfindən baxılacaq və 24 avqust 2024-cü il tarixində – Zülfüqar Hüseynzadənin doğum günündə qaliblər (1-ci, 2-ci və 3-cü yer) elan ediləcək və mükafat və hədiyyələr təqdim olunacaq.
1-ci yer üçün: 1000 AZN
2-ci yer üçün: 600 AZN
3-cü yer üçün: 400 AZN
Qeyd edək ki, müsabiqənin hər il iyul-avqust ayında keçirilməsi və növbəti illərdə mükafat fondunun artırılması nəzərdə tutulur.
Əlaqə: Mobil/Whatsapp: +994997440247
Hörmətlə: Münsiflər heyəti