RU

Buna görə 100 manat cərimə olunacaqsınız

Velosiped yollarında hərəkət edəcək nəqliyyat vasitələrinin sürücüləri 100 manat cərimə ediləcək.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Məcəlləyə əlavə edilən 327.1-2-ci maddəyə əsasən, velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkət etməsinə görə 100 manat məbləğində cərimə ediləcək.

***

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, avtobus zolaqlarından digər nəqliyyat vasitələrinin qanunsuz istifadə etməsinə görə inzibati tənbeh tədbiri müəyyən edilib.

Belə ki, bu inzibati xəta 100 manat məbləğində cərimə və əlavə olaraq 2 balla qiymətləndirilir.

Qeyd edək ki, avtobuslar üçün nəzərdə tutulan hərəkət zolağından və velosiped yolundan digər nəqliyyat vasitələrinin qanunsuz istifadə etməsi ilə əlaqədar sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılır.

"Cebheinfo.az"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
121
49
cebheinfo.az

10Источники