RU

Tanınmış aparıcıdan dəhşətli qətllə bağlı İNANILMAZ AÇIQLAMA - VİDEO

Tanınmış teleaparıcı Amil Xəlil cinayətin üstünü açıb. 

Qlobal.net xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib. Bununla A.Xəlil 17-ci cinayətin üstünü açdığını iddia edib: “Bu da növbəti uğur. Ötən il Qəbələdə Bəxtiyar Salahovun ölümü ilə bağlı 14 gün Space TV-də, canlı yayımda jurnalist araşdırması etdim. Hətta hadisənin baş verdiyi məkana belə yollanmışdım. Həmin dönəmdə ən çox şübhələndiyim isə qonşunun Mübariz adlı kürəkəni idi. Lakin bir neçə qohum bu fikirlərimin yanlış olduğunu qeyd edirdi. Bir sözlə, gedişatda Baş prokrorluğumuza ailənin adından rəsmi müraciətlər ünvanladıq. Səbəb isə işin Qəbələdən alınıb, Oğuz Rayon Prokrorluğuna verilməsi idi. Sağ olsunlar, bu istəyimiz də yerinə yetdi. Var olsun, Oğuz Rayon Prokrorluğu işi tam və düzgün araşdırdı. 

Arxivdən həmin görüntüləri təqdim edirəm: 9 il ərazində şousuz və real olaraq təqdim etdiyimiz "Gəl, danış" sosial-kriminal layihənin növbəti uğrudur. Nə müstəntiqlik etdik, nə hakimlik. Mən jurnalist araşdırması etdim. İstər Şəkidə baş verən müəmmalı olay olsun, istər Lənkəranda, Bərdədə, Ağsuda, Beyləqanda yaşanan hadisələrin efirdə araşdırılmasında hər zaman rəsmi qrumların mövqeyini təqdim etmişəm və efirdə baş verən ilkin müəmma dolu fikirləri dərhal rayon aidiyyatı qrumlarına ötürmüşəm. Bu cür olayların üzə çıxmasında medianın da az da olsa əməyi var. Həmin görüntülərin bir qismin təqdim edirəm. Bu da rəsmi açıqlama: “Oğuz rayon prokurorluğunda cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnmiş və Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə həyata keçirilmiş kompleks istintaq və əməliyyat tədbirləri nəticəsində Bakı şəhərində yaşayan 1973-cü il təvəllüdlü Mübariz Sultanovun arvadına qarşı xoşagəlməz ifadələr işlətməsini eşidərək Bəxtiyar Salahovu cəzalandırmaq məqsədilə sonuncunu yaşadığı evə kimi izləməsi, həyətə daxil olduqdan sonra onun sərxoş vəziyyətdə olmasından istifadə edərək dəhrə ilə xəsarətlər yetirməsi, nəticədə Bəxtiyar Salahovun növbəti gün həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib". 

Избранный
53
5
qlobal.net

6Источники