RU

2024-cü il üçün makroiqtisadi proqnozlarına əsasən ÜDM-ın - ARTACAĞI GÖZLƏNİLİR

2024-cü il üçün makroiqtisadi proqnozlar göstəriciləri məlum olub.

FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.

Belə ki, İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2024-cü il və sonrakı üç il üzrə baza -ssenaridə (neftin bir barelinin orta illik ixrac qiyməti 2024-2027-ci illər üçün 60,0 ABŞ dolları fərz edilməklə) makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2024-cü ildə ölkədə ÜDM-in real ifadədə 2,4 faiz artaraq 118,4 milyard manat, o cümlədən qeyri-neft (qaz) ÜDM-in real ifadədə 4,6 faiz artaraq 84,2 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.

Növbəti ildə ÜDM-in tərkibində qeyri-neft (qaz) sektorunun payının cari ilin proqnozuna nəzərən 6,2 faiz-bənd artımla 71,1 faizə çatacağı gözlənilir.

Proqnozlara əsasən, 2024-cü ildə neft-qaz sektoru üzrə ÜDM real ifadədə 1,7 faiz azalacaq.

Dünya üzrə əmtəə bazarlarında qiymətlərin aşağı enəcəyi ilə bağlı proqnozlar və bunun idxal qiymətlərinə mümkün təsiri, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri nəzərə alınmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən baza - ssenaridə orta illik inflyasiya göstəricisi 2023-cü ildə 9,5 faiz, 2024-cü ildə isə 5,3 faiz səviyyəsində proqnozlaşdırılmışdır

Makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalmasını (1 ABŞ dollarına qarşı 1,7 manat) dəstəkləyəcəkdir. İnflyasiya mühitinin tənzimlənməsi ilə bağlı atılan addımlar iqtisadi fəallığın güclənməsi ilə yanaşı əhalinin sosial rifahına da müsbət təsir edəcəkdir.

2024-cü ildə əsas neft-qaz kontraktları çərçivəsində investisiya qoyuluşlarının azalma fazasında olması nəzərə alınmaqla, əsas kapitala investisiyalar üzrə 1,0 faiz artım olacağı, o cümlədən qeyri-neft (qaz) sektoru üzrə əsas kapitala investisiyaların 3,0 faiz artacağı proqnozlaşdırılır.

 

Избранный
463
21
fed.az

10Источники