RU

"Santa Barbara"nın aktyoru vəfat etdi

"Santa Barbara" serialının ulduzu Çarlz Sayfers 85 yaşında vəfat edib.

Demokrat.az baku.ws-ə istinadən bildirir ki, bu barədə aktyorun meneceri Kris Rouya məlumat yayıb. Rou bildirib ki, Sayfers 2024-cü il avqustun 4-də Arizona ştatında qısa müddətli xəstəlikdən sonra dünyasını dəyişib.

"Çarlz mehriban və həssas insan idi. Onun hər zaman maraqlı hekayələri olurdu. Uzun illər yaxın dost idik. Çox darıxacağıq", - deyə Rou qeyd edib.

Xatırladaq ki, aktyor 1939-cu il iyulun 28-də Nyu-York ştatında anadan olub. Təhsilini Amerika Dram Sənəti Akademiyasında və Los-Ancelesdəki Kaliforniya Dövlət Universitetində teatr sənəti üzrə bakalavr dərəcəsi ilə başa vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
90
50
demokrat.az

10Источники