RU

Azərbaycan Mərkəzi Bankı investisiya siyasətini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) investisiya siyasətini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, konservativ investor kimi yalnız sabit gəlirli qiymətli kağızlara investisiya edilir. Bu baxımdan səhm, daşınmaz əmlak, o cümlədən qızıl kimi digər aktiv növlərinə hələ ki investisiya edilmir.

Mərkəzi Bankın valyuta aktivlərinin cari bölgüsünə gəldikdə bildirilib ki, bu əsasən investisiya reytinqli dövlət və kvazi-dövlət istiqrazlarından, habelə pul bazarı alətlərindən ibarətdir.

Qeyd edək ki, bu il iyul ayının 31-nə AMB-nin valyuta ehtiyatları 11 mlrd. 765.7 mln. ABŞ dollarına çatıb ki, bu da 2015-ci ildən sonra ən yüksək göstəricidir./// apa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
11
iqtisadiyyat.az

10Источники