RU

Azərbaycanın 2 güləşçisi rəsmən karyerasını bitirdi

Azərbaycanın 2 güləşçisi karyerasını bitirib.

Prosport.Az-ın xəbərinə görə, bunlar qadın güləşçimiz Mariya Stadnik və yunan-Roma güləşçimiz Sabah Şəriətidir.

Hər iki idmançı Parisdə keçirilən Olimpiadada medalsız qalıb. 36 yaşlı Stadnik instaqram hesabında azərbaycanca bunları yazıb:

"Mənim idman tarixim artıq yazılıb – 4 olimpiya medalı. İnsan planlaşdırır, amma Allah hər zaman bizim üçün ən yaxşısını bilir. 17 il ərzində böyük qürurla Azərbaycanın adını təmsil etdim, bu yolda dəstəyini əsirgəməyən və mənimlə olan hər kəsə təşəkkür edirəm.

İndi başqa bir tarix yazmağın vaxtıdır".

35 yaşlı Şəriəti isə bürünc medal görüşündə milliyyətcə İran luru olan Əmin Mirzəzadəyə 0:4 uduzduqdan sonra karyerasını bitirib. Mirzəzadə hörmət əlaməti olaraq onu başı üzərinə qaldıraraq dövrə vurub. 

Qeyd edək ki, ukraynalı Mariya Stadnik dördqat olimpiya mükafatçısı olmaqla bərabər, ikiqat dünya və onqat Avropa çempionudur. İran kürdü olan Sabah Şəriəti isə olimpiya və Avropa mükafatçısıdır.




View this post on Instagram A post shared by wrestling|koshti|борьба|کشتی (@akskoshti)


View this post on Instagram A post shared by Maria Stadnyk (@stadnikmaria2018)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
51
prosport.az

1Источники