Baş prokurorluqda yeni təyinatlar olub.
NOCOMMENT.az xəbər verir ki,bu barədə Sfera.az məlumat verib.
Bildirilib ki, baş prokuror Kamran Əliyevin müvafiq əmrlərinə əsasən, Şəlalə Rüstəmova və Səkinə Hüseyinova-Zeynalova Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsinə təyin ediliblər.
“Onlar 2021-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunublar. Ş.Rüstəmova bu təyinata qədər Nizami rayon prokurorunun köməkçisi və böyük köməkçisi vəzifələrində, S.Hüseyinova-Zeynalova isə Siyəzən rayon prokurorluğunun müstəntiqi və həmin rayon prokurorunun böyük köməkçisi vəzifələrində işləyib”, – məlumatda qeyd olunub.