RU

54 gündür aclıq elan edən iqtisadçının avqusutun 15-də məhkəməsi keçiriləcək

İstanbul Universitetinin doktorantı, hazırda saxta pul hazırlamaqda ittiham olunduğu üçün  həbsdə olan iqtisadçı Fazil Qasımovun məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsində avqustun 15-də keçiriləcək. 
 
Fazil Qasımov saxlandığı təcridxanada  54 gündür aclıq elan edir. 
 
Qasımovun vəkili Rövşanə Rəhimova müdafiə tərəfi iqtisadçının ev dustaqlığına buraxılmaması ilə bağlı apellyasiya şikayəti verdiyini bildirib. 

İstanbul Universitetinin doktorantı, iqtisadçı Fazil Qasımov ötən ilin avqustunda Türkiyədə saxlanılaraq Azərbaycana aparılıb və Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Onun həbsinin analoji ittihamlarla üzləşən Qubad İbadoğlunun işi ilə bağlı olduğu bildirilir. 
 
Qubad İbadoğlu hazırda səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
80
1
anews.az

4Источники