RU

İranın “bir atımlıq barıt”ı

Məhəmməd Əsədullazadə: “İranın İsraillə birbaşa müharibə aparmaq resursları o qədər də çox deyil”

“İranın İsrailə birbaşa hücum etməsi inandırıcı görünmür”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə açıqlamasında İran-İsrail gərginliyi fonunda Yaxın Şərqdə gözlənilən hadisələri şərh edərkən bildirib. O qeyd edib ki, İran hakimiyyəti İsrailə regiondakı özünün himayə etdiyi proksi qüvvələri vasitəsilə hücumlar təşkil edə bilər:

“İranla İsrail arasında böhran gündəmdədir. Tərəflər bir-birinə qarşı təhdidedici bəyanatlar səsləndirirlər. İsrail Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə qarşı sui-qəsd təşkil etdikdən sonra İran hakimiyyəti bunun qisasını alacağını bəyan edib. Ancaq İran nə zaman və necə hücum həyata keçirəcək, bu, hələ dəqiq məlum deyil.

Təbii ki, İsrailə qarşı hücum əməliyyatı İslam İnqilabı Keşikçiləri Korpusu ( SEPAH) tərəfindən həyata keçirilə bilər. Artıq SEPAH tərəfindən koordinasiya olunan Yaxın Şərqdəki proksi qüvvələr – “Hizbullah”, Husilər və HƏMAS İsrailə qarşı koalisiyada birləşib. Lakin Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron İran Prezidenti Məsud Pezeşkiana zəng vuraraq Tehranı İsraillə birbaşa toqquşmadan çəkinməyə və təmkin olmağa çağırıblar. Hətta qeyri-rəsmi məlumatlara görə, ABŞ rəsmiləri də Tehrana səfər edərək İran rəsmiləri ilə danışıqlar aparıb”. 

İranın İsrailə qarşı birbaşa hücum ehtimalına gəlincə, ekspert hesab edir ki, Tehran buna getməyəcək: 

“Bu, regionda çox böyük bir müharibəyə gətirib çıxaracaq. Sözün həqiqi mənasında desək, bu, İrana heç cür sərf etmir. İranın İsraillə birbaşa müharibə aparmaq resursları o qədər də çox deyil. Eyni zamanda, İranın İsrailə birbaşa hücumu ABŞ və Böyük Britaniyanı da hərəkətə gətirəcək. Moskva bunu bildiyi üçün İranı bu prosesdən uzaqlaşdırmağa çalışır.

Onu da qeyd edim ki, SEPAH da İsraillə birbaşa toqquşmada maraqlı deyil. Hazırda SEPAH-ın yüksək rütbəli rəsmiləri arasında ciddi fikir ayrılıqları hökm sürür. Hətta SEPAH-da MOSSAD agentləri də üzə çıxıb. Artıq SEPAH-ın özündə həbslər həyata keçirilir. Böyük ehtimalla, SEPAH İraq, Suriya, Livan və Yəməndəki öz proksi qüvvələri vasitəsilə İsrailin strateji obyektlərinə raket hücumları təşkil edəcək”. 

İsraillə “Hizbullah” arasında növbəti müharibənin baş vermə ehtimalına toxunan M. Əsədullazadə bildirib ki, bu, regiondakı proseslərin gedişatından asılı olacaq:

“Əgər Rusiya və Çin, həmçinin Fransa İranı eskalasiyadan çəkindirsə, İsrail ilə “Hizbullah” arasında qarşıdurma lokal şəkildə davam edəcək. Sözsüz ki, İsrail ilə “Hizbullah” arasında böyük müharibənin baş verməsi bütün regiona mənfi təsir göstərəcək və regionda təhlükəli təlatümlərə yol açacaq. Bu, Livanın bir dövlət olaraq zəifləməsinə və parçalanmasına səbəb ola bilər”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
52
50
cebheinfo.az

10Источники