RU

Azərbaycan boksçusu: Bu gün mənim günüm deyildi

Bu gün mənim günüm deyildi.

"Report"un Parisə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Azərbaycan bokçusu Alfonso Dominqes Paris-2024-də keçirdiyi final matçından sonra jurnalistlərə açıqlamasında deyib.

İdmançı gümüş medal qazanmasını belə dəyərləndirib:

"İstədiyim kimi alınmadığı üçün qızıl medal qazana bilmədim. Rəqib də çox güclü idi və daha yaxşı motivasiya olmuşdu. Heyif ki, düşündüklərimi rinqdə həyata keçirə bilmədim.

Döyüşdən əvvəl rəqibimi analiz etmişdim, lakin qurduğum taktika effekt vermədi. Elə idmançıyam ki, öz məğlubiyyətimi qəbul edirəm və heç bir bəhanə axtarmıram. Alınmadı, buna baxmayaraq yaxşı nəticə göstərdim, gümüş medal qazandım və tarix yazdım. Azərbaycan tarixində ardıcıl medal qazanan ilk boksçu oldum.

Fəxr edirəm ki, gümüş medal qazandım. Əlbəttə, bütün idmançılar kimi qızıl qazanmaq istəyərdim. Söz verirəm ki, bir gün qızıl medal da olacaq. Bu gün qismətimdə gümüş medal var idi".

Qeyd edək ki, boksçu finalda özbəkistanlı Lazizbek Mullojonova məğlub olub. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Избранный
168
50
report.az

10Источники