Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fəaliyyət sahələrində innovasiyaların tətbiqi, elektron xidmətlər sferasının genişləndirilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində işlər davam etdirilib.
Cari ilin yanvar-iyul ayları ərzində Dövlət Xidməti tərəfindən vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 3136 elektron xidmət göstərilib. 2023-ci ilin eyni dövrü ilə müqayisədə elektron xidmətlərdən istifadə sayı 2368 və ya 4,1 dəfə çox olub.