RU

Bu tələbələr 5 ildən sonra azad şəkildə xaricə gedə bilərlər -RƏY

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na 2024–2025-ci tədris ili üzrə həyata keçirilən sənəd qəbuluna dair növbəti siyahı açıqlanıb. Siyahıya əsasən, daha 205 namizəd proqram iştirakçısı adını qazanıb.
Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, növbəti tədris ilində Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə 375 nəfər olmaqla ümumilikdə 500 namizəd xaricdə təhsil alacaq.
Təqaüd qazanan 500 gəncin 135-i universitetlər üzrə dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq. Cari ildə təqaüd hüququ əldə etmiş namizədlərdən 15 nəfəri "Columbia University", 7-si "Harvard University", 7-si "University of Cambridge", 6-sı “Yale University”, 5-i "University of California, Berkeley", 4-ü "National University of Singapore", 3-ü "University of Oxford", 3-ü "ETH Zurich", 3-ü "University of Chicago" və digər nüfuzlu universitetlərdə təhsil alacaq. Elm və Təhsil Nazirliyi ilə bağlanılacaq müqavilənin müvafiq şərtinə əsasən, proqram iştirakçısı təhsili bitdikdən sonra 2 ay ərzində ölkəyə qayıtmalı və 5 il müddətinə əmək fəaliyyəti ilə məşğul olmalıdır. Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş müsahibə mərhələsindən müsbət nəticə qazanan, lakin müsabiqə mərhələsindən keçməyən namizədlərə aid ehtiyat siyahısı mövcuddur. 2024–2025-ci tədris ili üzrə proqram iştirakçısı adını qazanmış namizədlərdən bu və ya digər səbəbdən imtina edənlər olarsa, Seçim Qaydalarının 4.20-ci bəndi rəhbər tutulmaqla həmin siyahıya istinadən növbəti iştirakçılar seçiləcəklər.
Maraqlıdır, dövlət proqramı əsasında xaricdə təhsil almaq üçün nə etmək lazımdır? 

 ''Məktəb guşəsi'' saytının rəhbəri, təhsil eksperti Məzahir Məmmədli "Sherg.az"a deyib ki, ölkə başçısının 18 fevral 2022-ci il sərəncamına uyğun olaraq 2021-2022-cı illərə aid xüsusi dövlət proqramı qəbul olunub:

''Beləki, 400 azərbaycanlı gəncin xaricdə təhsil alması üçün dövlət xətti ilə imkan yaradıldı. Bundan əvvəl də bu proqram fəaliyyət göstərirdi. Lakin mexanizmlərin işlənməsində bir qədər problemlər var idi. Çünki xaricə gedən həmin tələbələrin bəziləri geri qayıtmıırdı. Ancaq 2022-2026-cı il üçün nəzərdə tutulan proqramı ölkə prezidentinin sərəncamı ilə 2028-ci ilədək uzadıldı. Təhsil alacaq şəxslərin sayı isə 500-ə çatdırıldı. Bu da gənclərin gələcəyi üçün böyük imkanlar yaradır. Həmin şəxslər bəzi öhdəliklər daşıyacaq. Məsələn, universiteti bitirdirdikdən 2 ay sonra ölkəyə qayıtmalı və 5 il ərzində ölkədə oxuduqları ixtisas üzrə fəaliyyət göstərməlidirlər. Həmin dövlət proqramına daxil olmaq üçün müəyyən şərtlər mövcuddur. Avropa ölkələrində yaxşı təhsil almaq istəyən gənc İELTS 6.5-7 balnan təmin etməli, TOEFL-dan 100 bal yığmalıdır. Onlar isə müqaviləyə əsasən Azərbaycana gələn kimi işlə təmin olunurlar və yalnız 5 ildən sonra azad şəkildə xaricə gedə bilərlər''.
Избранный
53
13
sherg.az

10Источники