RU

Bakının 9 rayonu 2 gün susuz qalacaq? - Su maşınlarla veriləcək

Təmir-bərpa işləri nəticəsində Bakının Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarına suyun verilməsi rejimində dəyişiklik edilib. Əhalinin digər mənbələr hesabına su ilə təmin olunması istiqamətində işlər aparılır.

Bu barədə avqustun 14-də Azərbaycan Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Oğuz-Qəbələ xəttində təmir-bərpa işləri aparılır. Hazırda həmin ərazidə geniş tərkibli yenilənmə işləri görülür.

Mənbə bildirir ki, suyun verilməsində problem olan rayonlarda əhalinin təminatı üçün su maşınlarından istifadə olunacaq.

Oğuz-Qəbələ xəttində təmir-bərpa işlərinin avqustun 16-sı axşam saatlarında yekunlaşması və həmin istiqamət üzrə tam rejimə çıxılması planlaşdırılır.

Избранный
190
25
mynews.az

10Источники