Artıq iki aydır ki, “28 may” metrostansiyası ətrafında təmir işləri gedir. Təmir metronun qarşısındakı Cəfər Cabbarlı meydanını əhatə edir.
Əvvəllər həmin meydançada avtobuslar, taksilər, maşınlar dayanırdı. Elə təmir işlərindəki məqsəd də həmin ərazidəki xaosu, xoşagəlməz görüntünü və sıxlığı azaltmaqdır.
Universitetin ətrafındakı məhəccərlər sökülüb
Azərbaycan Dövlət Neft və Sənayə Universiteti də həmin ərazidə yerləşir. Təmir işləri universitetin ətrafını da əhatə edir. Hazırki təmir işlərində ADNSU-nun divarları boyunca çəkilən və səkini daraldan məhəccərlər də ləğv olunub. Piyadaların səkidə rahat hərəkət etmələri təmin olunub.
28 may ərazisində təmir işləri nə zaman bitəcək?
Bakı Şəhər İcra Hakimiyyətinin verdiyi məlumata görə, “28 may” metrostansiyasının ətrafında gedən təmir işləri oktyabr ayının sonuna kimi yekunlaşacaq.