Əsaslı təmirə bağlanan "8 noyabr" prospektində təmir işləri davam etdirilir.
Referans.az" target="_blank">Referans.az xəbər verir ki, yol hələ bir neçə gün də nəqliyyatın hərəkətinə bağlı olacaq.
Xəqani Rüstəmov küçəsi ilə kəsişən hissədən 8 noyabr prospektinə giriş tam bağlı olduğundan alternativ yol kimi Babək prospektivindən istifadə edirlər.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyir ki, "8 noyabr" prospekti uzun müddətdir təmir olunmadan istifadə olunduğundan yolun asfalt və beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu.
Prospektdə təmir işlərinin əsas hissəsinin yeni tədris ilinin başlamasına qədər yekunlaşacağı deyilir. İşlərin təmamilə yekunlaşması isə oktyabr ayına təsadüf edəcək.
Daha ətraflı video-materialda: