AZ

Beyləqanda növbəti qanvermə aksiyası keçirildi - Fotolar

Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı tərəfindən rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası təşkil olunub. Mediatv.az  xəbər verir ki, Beyləqan RİH başçısı Əziz Əzizovun və aparatın əməkdaşlarının, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşlarının, eləcə də rayon sakinlərinin iştirakı ilə təşkil olunmuş aksiyada 300-dən çox vətəndaş qan vermək üçün müraciət edib.Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları hər bir donordan qan analizi götürərək onların sağlamlığını öncədən müəyyənləşdirib.Qeyd edək ki, keçirilən qanvermə aksiyası ehtiyat qan bankının zənginləşdirilməsinə dəstək məqsədi daşıyır.  шаблоны для dle 11.2

Seçilən
14
3
mediatv.az

4Mənbələr