AZ

Suraxanıda növbəti vətəndaş qəbulu keçirildi - Fotolar

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev növbəti vətəndaş qəbulu keçirib.Mediatv.az xəbər verir ki, qəbulda şəhid ailələri, qazilər olmaqla, ümumilikdə 30-dan çox vətəndaş iştirak edib.A. Əliyev tərəfindən fərdi qaydada vətəndaşların müraciətləri dinlənilib və onlara qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli istiqamətində tapşırıqlar verilib, eləcə də digər mövzularla bağlı aidiyyəti qurumlara müraciət etmələri barədə vətəndaşlara tövsiyələr verilib.Vətəndaş qəbuluna yüksək həssaslıqla yanaşılması barədə dövlət başçısının verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, təşkil olunmuş qəbulda iştirak edən vətəndaşlar onlara yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. шаблоны для dle 11.2

Seçilən
5
3
mediatv.az

4Mənbələr