Azərbaycanla BMT-nin İqlim Dəyişiklikləri üzrə Konvensiyası (UNFCCC) arasında Ev Sahibliyi Sazişi imzalanıb.
"Unikal" xəbər verir ki, bu barədə COP29-un rəsmi “X” hesabındakı paylaşımda bildirilib.
Ev Sahibliyi Sazişini COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev və BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil imzalayıblar.
Qeyd edilib ki, bu, noyabr ayında Azərbaycanda keçiriləcək COP29-nun müvəffəqiyyətlə həyata keçirilməsi üçün hazırlıqların son mərhələsidir: “Saziş Azərbaycanın bütün tərəflərin ehtiyaclarını və prioritetlərini əks etdirən, bütün səslərin eşidiləcəyi əlçatan, inklüziv və şəffaf bir konfrans təşkil etmək öhdəliyini vurğulayır”.