AZ

Pavel Durovun qardaşı da axtarışa verildi

"Telegram"ın yaradıcısı Pavel Durovun qardaşı Fransada axtarışa verilib.

"Unikal" xəbər verir ki, bu barədə "Politico" yazıb. 

Məlumata görə, Fransa hakimiyyəti 2024-cü ilin martında Pavel Durov və onun qardaşı Nikolayın həbsinə order verib.

Qeyd edək ki, Durov avqustun 24-də Parisin Le Burje hava limanında saxlanılıb. Daha sonra Paris prokurorluğu bildirib ki, Durov iyulun 8-də 12 cinayətdə şübhəli bilinərək adı açıqlanmayan şəxsə qarşı açılan iş çərçivəsində dindirilmək üçün həbs edilib.

Ağarza Elçinoğlu 

Seçilən
181
50
unikal.az

10Mənbələr