AZ

Lənkəranda xəstə əməliyyat zamanı ölüb

Lənkəran rayon mərkəzi xəstəxanasında ölüm faktı qeydə alınıb.Lənkəran şəhər sakini 1970-ci il təvəllüdlü Mübariz Yusif oğlu Şərifov ürəyində yaranan problə görə xəstəxanaya müraciət edib. Xəstəyə Bakı şəhərindən gələn həkim Yusif Abdulov baxıb və xəstədə ürək damarlarında tutulma olduğunu bildirib, təcili əməliyyat olunmasını zəruri hesab edib. Əməliyyat 26.08.2024 tarixində günorta saat 2 radələrində təyin olunub. Mübarizin oğlu Yusif Şərifzadə bildirib ki, həkim onlara əməliyyat müəyyən səbəblərə görə gecikir. "Saatlar keçir, həkimlər atamdan heç bir məlumat vermirdi. Axşam saat 12 radələrində bizə məlumat verdilər ki, xəstə əməliyyat zamanı ölüb. Biz bunu həkim səhlənkarlığı hesab edirik. Bu saata kimi atamın ölüm səbəbi bizə deyilməyib. Heç bir həkim bizi qəbul etmir."Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
15
asiya.az

10Mənbələr