AZ

Lənkəran xəstəxanasında 54 yaşlı kişi əməliyyat zamanı ölüb – FOTO

Lənkəranda xəstə əməliyyat zamanı ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran şəhər sakini 1970-ci il təvəllüdlü Mübariz Yusif oğlu Şərifov ürəyində yaranan problemə görə Lənkəran xəstəxanasına müraciət edib. Xəstəni Bakı şəhərindən gələn həkim Yusif Abdulov müayinə edib və onda ürək damarlarında tutulma olduğunu bildirib, təcili əməliyyat olunmasını zəruri hesab edib. Xəstənin əməliytyat zamanı öldüyü bildirilir.

M. Şərifovun oğlu Yusif Şərifzadə APA-ya bildirib ki, əməliyyat avqustun 26-da saat 14-ə təyin olunub. Həkim onlara əməliyyatın müəyyən səbəblərə görə gecikdiyini bildirib: “Saatlar keçdi, həkimlər atamdan heç bir məlumat vermədi. Axşam saat 12 radələrində bizə məlumat verdilər ki, xəstə əməliyyat zamanı ölüb. Biz bunu həkim səhlənkarlığının nəticəsi hesab edirik. Bu saata kimi atamın ölüm səbəbi bizə deyilməyib. Heç bir həkim bizi qəbul etmir”.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
15
medianews.az

10Mənbələr