AZ

MOBBİNG VƏ YA İŞDƏ YERSİZ QISNAMA

“Mobbing sözünün mənşəyi; təxmini olaraq zorbalıq münasibətləri deməkdir. Xüsusilə, möhkəm iş qruplarında, iyerarxiya olaraq gücü əlində tutan adamın, bu gücü itirməmək üçün, digər qrupa tətbiq etdiyi psixoloji şiddətdir. Bu elə bir emosional hücumdur ki, özünü ifadə etməkdə çətinlik çəkən bir işçi bu zaman özünə olan güvən və öz hörmətini itirə bilər. Mobbingə həm özəl, həm də dövlət şirkətlərində iş mühitində qarşılaşmaq olar. İşçisinin, özündən asılı olduğunu hiss edən işəgötürən, insanı dəyərsiz görməyə və ya “ya bu şərtlərdə işlə, ya da qapı oradadır” məntiqini güdməyə başlayır”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova deyib.

Psixoloq həmçinin qeyd edib ki, təcrid, təhqir, iynələmə, alçaltma, davamlı olaraq tənqidetmə, iş yükləmək, qınamaq, fiziki şiddət, cinsi təcavüz, şəxsi ictimai mühitlərdən təcrid edib, istedadından çox aşağı işlər vermək, təhqir etmək, yoxmuş kimi davranmaq ... mobbinq kimi təsnif edilir. Hansı səbəbə görə olursa-olsun məqsəd - insanı mənəvi təzyiqlə işdən çıxarmaqdır.

Nəticədə baş verən hadisələr insanın mənlik duyğusunu zədələyər. Özünü əhəmiyyətsiz hiss edər və özünə olan inamı yox olar. Nəticədə bütün bunlar xırda bir şeyə ağlamaq, depressiya, yuxu problemləri, stress, əzələ ağrıları kimi sağlamlıq problemlərinə səbəb olar.

“Mobbingdən qorunmaq üçün emosiyaların idarə olunması və nəzarət edilməsi psixoloji sağlamlıq üçün çox əhəmiyyətlidir. Ən əsası isə çalışılmalıdır ki, sakit və qoyuqqanlı olub əsəbləri bu tip insanlardan qorunsun və vəziyyətin düzəldilməsini gözləmək yerinə fərqli bir iş axtarılsın”, - deyə Y.Əsgərova bildirib.

Afət Tahirqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
15
sia.az

10Mənbələr