AZ

“Saqqallı uşaq”və ya Peter Pan sindromuhaqqında nəyi bilirik

“Uşaqlıq illəri həyatın ən əsas illəridir. Əgər uşaq sağlam düşüncəli ailədə sevgi ilə böyüyürsə, gələcəkdə bütün problemlərin həll yolunu tapır və xoşbəxt ola bilir. Yox əgər uşaqlıqda sağlam mühitdə böyüməyibsə, gələcəkdə ən yaxşı şərtlərdə də xoşbəxt ola bilmir. Sağlam ailə mühitində ailə üzvləri öz öhdəliklərinə düşəni yerinə yetirir. Fərdlər sərbəst olduqları halda bir-birlərinə sevərək və istəyərək kömək edirlər.

Bəzi insanlar böyüsələr də, hissləri, düşüncələri böyümür. Belə insanları psixoloqlar "Yetkin uşaqlar" adalandırır. Bu ifadə psixoloji ədəbiyyatda "Peter Pan Sindromu" və ya “Saqqalı uşaq ” adı ilətanınır. Belə insanların daxili aləmi boşdur və xoşbəxt deyil”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova deyib.

Psixoloqun sözlərinə görə, "Peter Pan Sindromu" zamanı insanlar öz xoşbəxtliyinimüəyyən hadisədə, əşyadavə ya hansısa bir şəxsdə görür.Arzularına çatdıqda isə xoşbəxtlikləri uzun çəkmir vəbununüçün yeni əşya və ya hadisə axtarırlar. Tipik bir "Yetkin uşaq " həyatda heç nədən zövq ala bilmir. Daim gərgin və əsəbidir. Ya agressiv-döyüşkəndir, ya da çəkingən qorxaqdır. Haqlı olsa belə özünü müdafiə edə bilmir. Hər zaman güzəştə gedərək başqalarını məmnun etməyə çalışır. Özünün nə istədiyi isə önəmli deyil. Yetkin uşaqlar heç kimə güvənmir. Öz fikirlərini büruzə vermədiyi üçün qarşındakının səmimi sözlərinə də inanmır: “Ailə mühitində uşaq vaxtı yaşanılan hər şey - yaxşı və ya pis gələcəkdə mütləq şəkildə üzə çıxır. Ailə mühiti sağlam deyilsə, uşağa məsuliyyət verilmir. Çünki məsuliyyət götürən insan zamanla müstəqil fərd kimi formalaşır. Belə ailələrin müstəqil insanlara dözümü yoxdur. Belə ailələrdə yetişən yetkin uşaqlara hansı sənəti seçəcəyi, kiminlə evlənəcəyi, nəyə və nə qədər inanacağı daim təbliğ olunur. Yetkin uşaqlar isə bu qəliblərdən kənara çıxmaqdan qorxur”.

A.Əsgərova həmçinin qeyd edib ki, "Saqqallı uşaqlar" yetişdirən ailələrdə ailə içində nüfuzu əlində tutan insan, ya da insanlar uşaqların müstəqil fərd olmasına qarşıdır. Hər kəsin itaət etməsini və baş əyməsini gözləyir. “Davranışı istədikləri kimi deyilsə, uşaqlar cəzalandırılır. Uşaqlar qəbul olunmaq, təsdiq olunmaq istəyir. Əğər ailə ona buna şəraiti yaratmırsa, ailənin istədiyi kimi asılı bir şəxsiyyət ortaya çıxır. Sosial yetkinliyə çata bilmir: “Bəs yetkin insan kimdir? Yetkin insan təcrübələri ilə formalaşır. Özünü digərlərindən ayıran xüsusiyyətləri bilir və öz sərhədlərini qoruyur. Bu insanlar ailəsi, valideynləri, qohumları, dostları ilə hər zaman yaxşı münasibətdədir. Lakin onu heçkimin yönləndirməsinə icazə vermir.Yetkin insan öz həyatına özü istiqamət verir”, - deyə psixoloq bildirib.

Afət Tahirqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
15
sia.az

10Mənbələr