AZ

Rusiya və İran Zəngəzura görə üz-üzə qaldı – Tehran gecəliklə...

Zəngəzur dəhlizi barədə danışan İran xarici işlər nazirinin köməkçisi Müctəba Dəmirçili Tehranın beynəlxalq səviyyədə tanınmış sərhədlər və geosiyasi status-kvonun hər hansı dəyişikliyinə qarşı olduğunu bildirib.

Teleqarf.com İran mətbuatına istinadla xəbər verir ki, o, dünən gecə saatlarında məsələ ilə əlaqədar Tehranda Rusiya səfiri Aleksey Dedovla görüşdüyünü bildirib.

Dəmirçili İranın Zəngəzur dəhlizi ilə bağlı narahatlığını Rusiya səfirinin diqqətinə çatdırıb.

Cənubi Qafqazda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparan hər iki diplomat “sabit sülh və regional əməkdaşlıq, eləcə də ölkələrin milli suverenliyi, ərazi bütövlüyü və qarşılıqlı maraqlara hörmət”in Rusiya və İran üçün önəmli olduğunu iddia edib.

Dəmirçili və Dedov həmçinin bütün tərəflərin maraqlarını nəzərə almaqla, region ölkələrinin potensialından problemlərin həlli və regionda sülh və sabitliyin möhkəmləndirilməsinə, iqtisadi proqramların həyata keçirilməsinə töhfə verməsinin vacibliyini vurğulayıb.

Cənubi Qafqazın üç ölkəsi - Azərbaycan, Ermənistan və Gürcüstan, habelə Türkiyə, Rusiya və İranın daxil olduğu 3+3 formatının qarşıdan gələn görüşü də müzakirə olunub.

Qeyd edək ki, bundan öncə Moskva Zəngəzur dəhlizinin açılması ilə bağlı İrəvandan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb etdiyinə görə İran Xarici İşlər Nazirliyinin Rusiyanın Tehrandakı səfirini görüşə çağırdığı barədə mətbuatda məlumat yayılmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
161
50
teleqraf.com

10Mənbələr