AZ

Azərbaycanda startaplara dəstək məqsədilə yeni layihəyə - START VERİLİB

Azərbaycanın innovasiya ekosisteminin inkişafına töhfə vermək, yerli startapların layihələrini investorlara təqdim etməsinə və xarici bazarlara çıxmasına dəstək olmaq, əlaqələrini genişləndirmək məqsədilə dövlət və özəl sektorun iştirakı ilə növbəti tədbir keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı və “Özbahçeci İnvest Club”un təşkilatçılığı ilə keçirilmiş “İnvestisiya turu” adlı tədbirdə 50-dən çox yerli, xarici investor və iş adamları iştirak ediblər.

KOBİA-dan FED.az-a bildirilib ki, tədbirdə altı yerli startap layihəsi potensial investorlara təqdim olunub. Layihələr investorlar tərəfindən maraqla qarşılanıb və onlar tərəfindən seçilən ən yaxşı layihəyə texniki və mentorluq dəstəyi göstəriləcək. Ümumilikdə isə bütün iştirakçılara təşəkkürnamələr təqdim edilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Özbahçeci İnvest Club”un prezidenti Turan Özbahçeci tədbirdə çıxış ediblər. Ölkəmizdə startap ekosisteminin inkişafı, bu istiqamətdə dəstək tədbirləri, o cümlədən KOBİA-nın dəstək alətləri, gənc və innovativ sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi sahəsində dövlət-özəl sektor əməkdaşlığı barədə məlumat verilib.

Tədbir çərçivəsində KOBİA və “Özbahçeci İnvest Club” arasında əməkdaşlıq haqqında Niyyət Protokolu da imzalanıb. Sənəd Azərbaycan startaplarının inkişafı üçün əməkdaşlıq məsələlərini, birgə təlim proqramlarını, mentorluq xidmətini, startaplar və kiçik biznes üçün digər dəstək tədbirlərini nəzərdə tutur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
5
fed.az

6Mənbələr