AZ

Startaplara dəstək üçün yeni layihəyə start verilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı və “Özbahçeci İnvest Club”un təşkilatçılığı ilə keçirilən “İnvestisiya turu” adlı tədbirdə 50-dən çox yerli və xarici investor, iş adamları iştirak edib.

KOBİA-nın məlumatına görə, tədbirdə altı yerli startap layihəsi potensial investorlara təqdim edilib. Layihələr investorlar tərəfindən maraqla qarşılanıb. İnvestorlar tərəfindən seçilən ən yaxşı layihəyə texniki və mentorluq dəstəyi göstəriləcək. Ümumilikdə isə bütün iştirakçılara təşəkkürnamələr təqdim edilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Özbahçeci İnvest Club”un prezidenti Turan Özbahçeci tədbirdə çıxış ediblər. Çıxışlarda ölkəmizdə startap ekosisteminin inkişafı, bu istiqamətdə dəstək tədbirləri, o cümlədən KOBİA-nın dəstək alətləri, gənc və innovativ sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi sahəsində dövlət-özəl sektor əməkdaşlığı barədə məlumat verilib.

Tədbir çərçivəsində KOBİA və “Özbahçeci İnvest Club” arasında əməkdaşlıq haqqında Niyyət Protokolu da imzalanıb. Sənəd Azərbaycan startaplarının inkişafı üçün əməkdaşlıq məsələlərini, o cümlədən birgə təlim proqramlarını, mentorluq xidmətini, startaplar və kiçik biznes üçün digər dəstək tədbirlərini nəzərdə tutur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
5
vergiler.az

6Mənbələr