AZ

PUA-larla hücumdan sonra Moskvanın 4 aeroportu uçuşlar üçün bağlanıb

PUA-larla

Moskva ətrafına pilotsuz uçuş aparatları (PUA) ilə hücumların ardından şəhərin dörd hava limanı uçuşlar üçün müvəqqəti olaraq bağlanıb.

APA-nın “rg.ru”ya istinadən məlumatına görə, məhdudiyyətlər “Şeremetyevo”, “Domodedovo”, “Vnukovo” və “Jukovskiy” aeroportlarında tətbiq edilib.

Təkcə “Vnukovo”da 20-dən çox beynəlxalq aviareys təxirə salınıb. Eyni zamanda 35 təyyarənin sözü gedən aeroporta enişi ləğv edilib. Eyni hal “Domodedovo” və “Jukovskiy” hava limanlarında da yaşanır.

“Rosaviasiya”nın mətbuat xidməti faktı təsdiqləyib. Qurumdan bildirilib ki, bu addım təhlükəsizlik səbəbindən atılsa da səhər saatlarında “Vnukovo” fəaliyyətini bərpa edib. Digər aeroportlarla bağlı müvafiq qərar hələ ki, yoxdur

Qeyd edək ki, ötən gecə Rusiyanın bir neçə şəhərinə PUA-larla hücum olub. Paytaxt Moskvanın Ramenskoye, Lyubertsı, Domodedovo və Kolomna rayonlarında 14 PUA-nın zərərsizləşdirildiyi açıqlanıb.

Seçilən
33
29
xalqcebhesi.az

10Mənbələr