AZ

"Hizbullah" İsrailə hücumlara başlayıb? -PUA vuruldu

İsrail ordusu (ÇAXAL) ölkənin şimal-şərqindəki Tveriya şəhəri yaxınlığında "Hizbullah" hərəkatının Pilotsuz Uçuş Aparatını (PUA) vurub. Bu barədə ordu radiosu olan "Qalei ÇAXAL" məlumat yayıb.

Jurnalistlər bildiriblər ki, pilotsuz uçan aparatın vurulmasından az əvvəl Tveriya və Qalileydə hava hücumu xəbərdarlığı elan edilibmiş.

Pilotsuz təyyarə hücumu "Hizbullah"ın yerləşdiyi Livanda son peycer insidentləri fonunda həyata keçirilir. Xatırladaq ki, sentyabrın 17-də axşam saatlarında təşkilatın minlərlə üzvünün şəxsi peycerləri partlayıb. Nəticədə ən azı 4 min adam yaralanıb, 11 nəfər isə ölüb. O cümlədən 8 yaşlı uşağı və "Hizbullah" liderlərindən birinin oğlunu xilas etmək mümkün olmayıb.

Tural

Seçilən
92
29
news365.az

10Mənbələr