AZ

Azərbaycanın görkəmli akademikləri və nüfuzlu universitetlərinin rektorları Alimlərin Forumundan danışıblar (FOTO)

Bakı. Trend:

Azərbaycanın görkəmli akademikləri və nüfuzlu universitetlərininrektorları Alimlərin Forumundan danışıblar.

Trend xəbər verir ki,Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsaHəbibbəyli bildirib ki, bu cür tədbirlər dövlət səviyyəsində həyatakeçirilən uğurlu bir platformadır:

"Forum bu günə qədər fərdi halda, şəxsi təşəbbüslə həyatakeçirilən əlaqələrin təşkilatlanmış və planlı şəkildəistiqamətlənməsinə müsbət təsir edəcək. Xaricdə YaşayanAzərbaycanlı Alimlərin Forumunun keçirilməsi Qarabağın yenidənqurulması və gələcəyinin müəyyən edilməsi üçün düşünülmüş biraddımdır. Forum Azərbaycan elminin yeni donorlarla zənginləşməsinəvə dünyada tanınmasına böyük töhfə verəcəkdir”.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,akademik Rasim Əliquliyev qeyd edib ki, forumun keçirilməsi müasirAzərbaycan dövlətinin elmi inkişaf istiqamətində maraqlarınauyğundur, eyni zamanda bu forum qlobal dünyada gedən proseslərləayaqlaşmaq istiqamətində yeni vəzifələrin müəyyənləşməsi,problemlərin aşkarlanması və bu işə azərbaycanlı alimlərinqoşulması üçün mühüm əhəmiyyətə malikdir.

Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovabildirib ki, diasporumuzun birləşməsi və Azərbaycanın maraqlarınaxidmət etməsinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub:

"Sevinirəm ki, bu proses bu gün də davam edir və diasporumuzdaha da təşkilatlanır. Xaricdə Yaşayan Azərbaycanlı AlimlərinForumunu elm və təhsilimizin xeyrinə təşkil olunan mühüm tədbirhesab edirəm. Bu gün bütün dünyada müxtəlif sahələrdə fəaliyyətgöstərən insanların birlikləri yaranır və mənə görə alimlərimizin,mütəxəssislərimizin bir yerə toplaşıb belə müzakirələr aparması çoxfaydalıdır. Panellər zamanı geniş müzakirələr aparılır, maraqlıtəkliflər olur. Forumun işini müsbət qiymətləndirirəm”.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qeyd edib ki,forum xaricdə yaşayan azərbaycanlı alimlərlə əlaqələrinyaradılmasına, elmi mübadilələrin aparılmasına imkan yaradacaq:

"Biz bu forumun uğurlarından və nailiyyətlərindən istifadəedəcəyik”.

Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
4
az.trend.az

5Mənbələr