AZ

29 minlik oğurluq hadisəsinin ANBAAN GÖRÜNTÜLƏRİ

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində müxtəlif vaxtlarda şəhər ərazisindəki telekommunikasiya naqillərini oğurlayan Muraz Cəfərov və Asif Ələkbərov saxlanılıblar.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, onlar ümumi dəyəri 29 224 manat olan 4503 metr uzunluğundakı naqilləri oğurlayaraq metal qəbulu məntəqələrinə satıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
8
milli.az

10Mənbələr