AZ

Gəncədə telekommunikasiya naqillərini oğurlayan şəxslər saxlanılıblar VİDEO

Gəncə, 12 sentyabr, AZƏRTAC

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində müxtəlif vaxtlarda şəhər ərazisindəki telekommunikasiya naqillərini oğurlayan Muraz Cəfərov və Asif Ələkbərov saxlanılıblar.

DİN-in mətbuat xidmətinin Gəncə regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onlar ümumi dəyəri 29224 manat olan 4503 metr uzunluğundakı naqilləri metal qəbulu məntəqələrinə satıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
23
azertag.az

10Mənbələr