AZ

Salyanda QƏZA: yaralananlar var

Salyanda baş vermiş yol qəzasında xəsarət alanlar var.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin V.Əhmədov küçəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobil digər nəqliyyat vasitəsilə toqquşub.

Qəza nəticəsində Salyan şəhər sakinləri 1960-cı il təvəllüdlü Qədimov Burxan Şəmsəddin oğlu, 1981-ci il təvəllüdlü Nəcəfov Amil Faiq oğlu və 1980-ci il təvəllüdlü Gözəlov Asif Hüseynalı oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. /Report

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
8
bakivaxti.az

9Mənbələr