AZ

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Salyanda baş vermiş yol qəzasında xəsarət alanlar var.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin V.Əhmədov küçəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobil digər nəqliyyat vasitəsilə toqquşub.

Qəza nəticəsində Salyan şəhər sakinləri 1960-cı il təvəllüdlü Qədimov Burxan Şəmsəddin oğlu, 1981-ci il təvəllüdlü Nəcəfov Amil Faiq oğlu və 1980-ci il təvəllüdlü Gözəlov Asif Hüseynalı oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
8
milli.az

9Mənbələr