AZ

Hakan Fidan İƏT-Ərəb Liqası Təmas Qrupunun iclasına qatılacaq

Türkiyənin xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının yaratdığı təmas qrupunun bu gün İspaniyanın paytaxtı Madriddə keçiriləcək iclasına qatılacaq.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, iclasa Hakan Fidan ilə İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasına üzv ölkələrin  xarici işlər nazirləri ilə yanaşı Norveçin xarici işlər naziri Espen Bart Eide, Sloveniyanın xarici işlər naziri Tanja Fajon, Ərəb Liqasının baş katibi Əhməd Əbul Qeyt, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell, Nigeriya ilə İrlandiyanın nümayəndə heyətləri qatılacaq.
İclasda İsrailin Qəzza və İordan çayının qərb sahilinə hücumlarına dərhal və daimi atəşkəslə son qoyulması, Fələstinin dövlət kimi tanınması istiqamətində səylərin davam etdirilməsi və iki dövlətli həll prosesinin canlandırılması məsələləri müzakirə olunacaq.
İclas çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının yaratdığı təmas qrupunun xarici işlər nazirləri və digər nümayəndələrin İspaniyanın Baş naziri Pedro Sançes tərəfindən qəbul edilmələri gözlənilir.



Seçilən
77
8
trt.net.tr

9Mənbələr