AZ

Hakan Fidan İordaniyaya gedəcək

Türkiyə xarici işlər naziri Hakan Fidan İordaniyaya səfər edəcək.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Qəzza Təmas Qrupunun iclasında iştirak etmək üçün İordaniyaya gedəcək.

Bildirilib ki, səfər çərçivəsində məsləhətləşmələr aparılacaq və Qəzzada dərhal və daimi atəşkəsin təmin edilməsi üçün həyata keçirilməlidir.

Mina Mikayılova

Seçilən
72
8
bakivaxti.az

9Mənbələr