AZ

Stoltenberq NATO-nun baş katibi olaraq uğur və uğursuzluqlarından danışıb

NATO-nun baş katibi Ukrayna münaqişəsini və qoşunların Əfqanıstandan çıxarılmasını məyusluq, uğursuzluq və fəlakət hesab edib...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, vəzifəsini tərk edən NATO-nun baş katibi Yens Stoltenberq alyansın güclənməsini özünün əsas uğuru, qoşunların Əfqanıstandan çıxarılmasını isə uğursuzluq və məyusluq kimi dəyərləndirib.

“Tək mənim üçün deyil, həm də NATO üçün ən böyük nailiyyət odur ki, biz Alyansın kollektiv müdafiəsini gücləndirə bildik”, deyə Stoltenberq bildirib.

Stoltenberqin fikrincə, 10 ildə dünya çox təhlükəli hala gəlib, lakin NATO xeyli güclənib.

Məyusluq, uğursuzluq və fəlakət kimi qiymətləndirdiyi sualı cavablandıran NATO-nun baş katibi Ukrayna münaqişəsinin, eləcə də qoşunların Əfqanıstandan çıxarılmasının qeyd edib.

Xatırladaq ki, Yens Stoltenberqin NATO-nun baş katibi vəzifəsində səlahiyyət müddəti başa çatır. İyunun sonunda Şimali Atlantika Şurasının Brüsseldə keçirilən iclasında NATO səfirləri Hollandiyanın baş naziri Mark Ruttenin alyansın baş katibi vəzifəsinə təsdiqləyiblər. Rutte oktyabrda vəzifəsinin icrasına başlayacaq və növbəti 5 il ərzində bu vəzifədə çalışacaq.

Poliqon.info

Seçilən
17
50
poliqon.info

10Mənbələr