“Ukraynanı dəstəkləmək və onun qələbəsi üçün şərait yaratmaq NATO-nun əsas prioriteti olaraq qalacaq”.
Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bunu NATO-nun yeni baş katibi Mark Rutte deyib.
O, bildirib ki, biz Ukraynanın suveren müstəqil demokratik dövlət kimi qalib gəlməsini təmin etməliyik.
Qeyd edək ki, Rutte bu gündən NATO-nun baş katibi vəzifəsinin icrasına başlayacaq.
Daşqın HəsənovMissiya.Az