AZ

Azərbaycandan turist axını artıb

Bakı, TurkicWorld

Bu ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20,6 % artaraq 1 milyon 458,6 min nəfər olub.

TurkicWorld Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 36,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 16,0 faiz, Gürcüstana gedənlərin sayı 14,9 faiz, Türkiyəyə gedənlərin sayı 14,8 faiz artıb.

Azərbaycan Respublikası vətəndaşlarının 42,2 faizi Türkiyəyə, 20,5 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,4 faizi İrana, 20,2 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 63,9 faizini kişilər, 36,1 faizini qadınlar təşkil edib.

2024-cü ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,8 faizi hava, 28,1 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
19
turkic.world

10Mənbələr