AZ

Azərbaycandan Rusiyaya gedənlərin sayı artıb

2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 20,6 faiz artaraq 1458,6 min nəfər olub.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 36,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 16,0 faiz, Gürcüstana gedənlərin sayı 14,9 faiz, Türkiyəyə gedənlərin sayı 14,8 faiz artmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 42,2 faizi Türkiyəyə, 20,5 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,4 faizi İrana, 20,2 faizi digər ölkələrə səfər edib. Gedənlərin 63,9 faizini kişilər, 36,1 faizini qadınlar təşkil edib.

2024-cü ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,8 faizi hava, 28,1 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
19
banco.az

10Mənbələr