AZ

"Mən müharibədə qələbə planını ABŞ prezidentinə təqdim edəcəyəm" - Zelenski

"Müharibədə uğur qazanmaq üçün kompleks strategiya lazımdır, Zelenski məhz bunu bizimlə bölüşmək niyyətindədir..."
 
"Hamının, xüsusilə ABŞ-ın silah tədarükü ilə bağlı razılaşmaları operativ şəkildə gerçəkləşdiməsi çox vacibdir..."
 
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ hakimiyyətinə Ukraynaya hərbi yardım tədarükünü ləngitməməyə çağırış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, axşam müraciətində bəyan edib. Məlumatı "nv.ua" nəşri yayıb.
 
O, vurğulayıb ki, tərəfdaşlar tərəfindən hərbi yardımın ləngiməsi cəbhədə vəziyyətə neqativ təsir göstərir. 
 
"Hamının, xüsusilə ABŞ-ın əldə etdiyimiz razılaşmaları operativ şəkildə gerçəkləşdirməsi kritik vacibdir. Bu, cəbhədə hiss olunmalıdır. Hərbi yardım paketinin hər dəfə lənğiməsi cəbhədə vəziyyətə neqativ təsir göstərir. Vaxtında və tez bir zamanda edilən yardım həqiqətən də öz müsbət təsirini göstərir", - Zelenski vurğulayıb.
 
O, əlavə edib ki, ABŞ konqresmenlərinin nümayəndə heyətilə keçirdiyi görüşdə bütün səviyyələrdə tərəfdaşların ölkənin tələbatları barədə tam məlumatlı olmasının vacibliyini vurğulayıb.
 
Öz növbəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ukraynaya hərbi yardımın ləngiməsini etiraf edib. "Bu, siyasi iradə məsələsi deyil, mürəkkəb logistika məsələsidir", - o, izah edib.
 
"Ukraynanın nəyə müqavimət göstərdiyini nəzərə alaraq biz daha çoxunu və daha yaxşı etməliyik", - Sallivan qeyd edib və sentyabrın sonunadək Ukraynanın "xeyli" yardım paketi alacağını anons edib.
 
Sallivan həmçinin Zelenskinin Rusiya ilə müharibədə özünün qələbə planını Baydenə təqdim etmək niyyətini də şərh edib.
 
"Müharibədə uğurun kompleks strategiyası lazımdır, Zelenskinin deməsinə görə, o, məhz bu strategiyanı təqdim edəcəyini deyir, ona görə də biz bunu onunla müzakirə etməyimizi səbirsizliklə gözləyirik. Prezident Bayden buna çox məmnun olacaq", - müşavir deyib.
 
Zelenskinin Baydenlə görüşü
 
Sentyabrın 13-ə Zelenski ilə Baydenin bu ay görüşünün planlaşdırıldığı barədə bəlli olub.
 
"Bu ay bizim prezident Baydenlə görüşümüz planlaşdırılıb. Mən ona qələbə planını təqdim edəcəyəm. Bu plan Ukraynanın bu müharibəni sülhə doğru yönəltmək məqsədilə kifayət qədər güc əldə etməsi üçün qarşılıqlı əlaqəli qərarlar sistemidir", - prezident qeyd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
50
moderator.az

10Mənbələr