AZ

Rusiyanın yeni taktikası ABŞ-ı QORXUYA SALDI -Bu qış nə baş verə bilər?

Vaşinqton Ukraynanın qarşıdan gələn qışda məğlubiyyətə uğraya biləcəyindən ehtiyat edir.

OXU24.COM xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Nəşr qeyd edir ki, Rusiya komandanlığı Ukraynanın enerji infrastrukturunu məhv etmək məqsədi daşıyaraq hava hücumlarının taktikasını dəyişir.

Ukrayna hakimiyyəti hesab edir ki, üç AES-in bağlanması ölkə iqtisadiyyatını əhəmiyyətli dərəcədə sarsıda və onun mümkün sülh danışıqlarında mövqeyini zəiflədə bilər.

Nəşrin yazdığına görə, bu təhdidlər ABŞ prezidenti Co Bayden administrasiyasının ATACMS və "Fırtına Kölgəsi" kimi silahların ötürülməsinə qoyulan məhdudiyyətləri nəzərdən keçirmək qərarına təsir edib.

Bundan əvvəl Britaniyanın “The Times” qəzeti Ukraynaya onlardan istifadəyə icazə veriləcəyi təqdirdə “Storm Shadow” raketlərinin təsirinə məruz qalacaq Rusiya ərazisinin xəritəsini dərc edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
oxu24.com

10Mənbələr